Qaqauz muxtariyyəti Türkiyənin “Moldova hakimiyyətinə təsir edəcəyini və bölgənin xüsusi hüquqi statusunun pozulmasına imkan verməyəcəyini” gözləyir.
Publika.az xəbər verir ki, bu barədə Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul “RİA Novosti”yə müsahibəsində bildirib.
Bundan əvvəl Qutsul Türkiyəyə müraciət edərək rəsmi Kişinyova “regionda sabitliyi pozmaq və Qaqauz muxtariyyətini manipulyasiya etmək cəhdlərindən əl çəkməsi” üçün təzyiq etməyə çağırıb.
"Ötən ilin sentyabrında Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdə mən hakim partiyanın və Moldova prezidentinin qaqauz xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasətindən danışdım. Ümid edirik ki, rəsmi Ankara Moldova hakimiyyətinə təsir edəcək və bizim xüsusi hüquqi statusumuzun pozulmasına icazə verilməyəcək”, - Qutsul bildirib.
Keçən ilin yazında Qaqauziyada bölgə rəhbəri seçkiləri keçirilib, Şor partiyasından namizəd olmuş Yevgeniya Qutsul qalib gəlib. Moldova hakimiyyəti iyun ayında siyasi qüvvənin özünü konstitusiyaya zidd elan edib və onu başqa şeylərlə yanaşı, Rusiya ilə əməkdaşlıqda ittiham edib.
Seçkilərdən sonra Moldovanın mərkəzi hakimiyyət orqanları bölgəyə təzyiq göstərməyə başlayıb. Moldova Prezidenti Maya Sandu hələ də Qutsulu hökumətin üzvü kimi təsdiq edən fərmanı imzalamayıb, baxmayaraq ki, bu, ölkə qanunvericiliyində tələb olunur.
Tural