Bu ilin aprel-may aylarında Çinə son 16 ildə ilk dəfə 677 min dollar dəyərində Rusiyadan donuz əti göndərilib.
Publika.az xəbər verir ki, bu barədə Çinin statistik məlumatlarında bildirilib.
Qeyd olunur ki, Rusiya Federasiyasından donuz ətinin tədarükü apreldə başlayıb, lakin bütün ay ərzində xərclər cəmi 953 dollar təşkil edib. Bununla belə, may ayında Rusiya idxalı artıb və artıq 676 min dolları keçib.
Afrika donuz taunu səbəbindən Çində 2008-ci ildən Rusiyadan donuz ətinin idxalına məhdudiyyətlər tətbiq olunub. 2023-cü ilin sentyabrında bu məhdudiyyət ləğv edilib. Tədarüklərin bu ilin yanvarında hazır olması gözlənilsə də, yalnız martın əvvəlində məhsulun ilk partiyası göndərilib və onlar cəmi bir ay sonra Çinə çatıb.
Cəmilə