01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Məşhurlar qırmızı xalçanı moda arenasına çevrdilər

06 fev 2024 02:00
GÜNDƏM
ads
Advertisement

Fevralın 5-nə keçən gecə Los-Ancelesdə 66-cı “Qremmi” mükafatlandırma mərasimi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədbir təkcə sənət adamlarının mükafatlara layiq görülməsi ilə deyil, həm də dəb təntənəsi ilə əlamətdar olub. Ənənəyə sadiq qalan Amerika ulduzları qırmızı xalçada fotoqraflara poza verərək bir-biri ilə yarış giriblər. Digər tədbirlərdə tez-tez geyim kodu olsa da, burada ulduzlar istədikləri şəkildə görünməkdə sərbəstdirlər.

Və bəzən bu çıxışlar moda tarixinə yazılır. Məsələn, müğənni Cennifer Lopezin 2000-ci ildə artistin "Versace" imzalı həddən artıq dekolteli mavi-yaşıl libasını xatırlayın. Məhz onun sayəsində bu gün modapərəstlər oxşar obrazlar istifadə edə bilir. O zaman tənqidçilər və moda mütəxəssisləri bunu son dərəcə uğursuz hesab etsə və bütün anti-reytinqlərə daxil etsələr də, indi o, əfsanəvi hesab olunur. Hər il olduğu kimi, bu il də dünya ulduzları çıxışları ilə izləyiciləri təəccübləndirə biliblər.

Gecənin əsas səbəbkarı bir çox mükafata layiq görülən Mayli Sayrus olsa da, Teylor Svift, Dua Lipa, Haydi Klum, Trissi Teyqen, Medison Bir kimi məşhurlar da dəbdəbəli libasları ilə göz oxşayıblar.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur