29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Paşinyandan SÜLH AÇIQLAMASI: "Biz bu məqamların icrasına nail ola biləcəyik"

11 fev 2024 20:00
GÜNDƏM
ads
Advertisement

"Mahiyyət etibarı ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, biz yekun sənədin mətni üzərində nəhayət razılığa gəlməyə çox yaxın idik".

Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniyanın “The Telegraph” nəşrinə müsahibəsində deyib.

"Azərbaycan əvvəldən üç dəfə müxtəlif formatlarda danışıqlarda iştirakdan imtina etdi, ondan sonra Azərbaycanda prezident seçkiləri təyin olundu. Və əslində biz bu nöqtədəyik və güman edirəm ki, prezident seçkilərindən sonra siyasi iradə olarsa, biz bu məqamların icrasına nail ola biləcəyik.

Qeyd edə bilərəm ki, Ermənistan hökumətinin əvvəlki kimi regionumuzda konkret sülhə getməyə və yuxarıda qeyd olunan sazişlər əsasında Azərbaycanla sülh müqaviləsi imzalamağa siyasi iradəsi var", - Paşinyan bildirib.

Xatırladaq ki, Azərbaycan İspaniyanın Qranada şəhərində ötən ilin oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib.

Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib.

Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb.

Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib.

Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.

Çünki belə format Azərbaycana lazım deyildi. Bakı regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görmür. Bakı hesab edir ki, bu məsələlər regional çərçivədə müzakirə və həll edilə bilər.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar hazırda birbaşa görüşlər yolu ilə aparılır.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur