01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Türkiyədə seçki öncəsi VPN xidmətləri BLOKLANIR

15 yan 2024 03:00
GÜNDƏM
ads
Advertisement

Türkiyə hakimiyyəti seçkilərdən əvvəl bir sıra məşhur VPN xidmətlərinə girişi bloklaya bilər.

Publika.az xəbər verir ki, bu barədə "Britaniyanın Financial Times" (FT) qəzeti əlində olan sənədlərə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi yerli internet provayderlərindən 16 VPN xidmətinə çıxışı dayandırmağı tələb edib. Ehtimal olunur ki, bu tələbin səbəbi martda ölkədə keçiriləcək yerli seçkilərdir.

Məlumatlara görə, tənzimləyici provayderlərdən VPN xidmətlərinin bloklanmasının necə getdiyi barədə ona hesabat vermələrini tələb edib. Qəzet bildirir ki, Türkiyədə VPN-ə giriş indi xeyli çətinləşib.

Əvvəllər "Yerli Proqram təminatı" Proqram Məhsulları Tərtibatçıları Assosiasiyasının icraçı direktoru Renat Laşin VPN xidmətlərinin bir çox risk daşıdığını söyləyib. Ən bariz nümunələrə virus infeksiyası, şəxsi məlumatların oğurlanması, sızmalar, şifrələmənin olmaması və s-dir. Laşin onu da qeyd edib ki, bir sıra daha az nəzərə çarpan, lakin hələ də kifayət qədər təhlükəli təhdidlər var.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur