30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Moskva BMT-də bildirdi: Ermənistan Aİ-nin anti-Rusiya siyasətinin əvəzini ödəyir

13 mar 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Ermənistan, Moldova, Afrika ölkələri Avropa İttifaqının tətbiq etdiyi anti-Rusiya siyasətinin əvəzini ödəyirlər.

Publika.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski təşkilatın Təhlükəsizlik Şurasının iclasında deyib.

“Avropa İttifaqının Ermənistan, Moldova və hətta Afrika da daxil olmaqla hər yerdə tətbiq etdiyi anti-Rusiya geosiyasi optikasına görə təkcə Ukrayna deyil, digər ölkələr də yüz minlərlə insanın həyatını ödəyir”, - diplomat bildirib.

Onun sözlərinə görə, Aİ hər cür yolla özünü sülhməramlı və vasitəçi kimi göstərməyə çalışır, hətta Ukraynaya münasibətdə də bu prizmadan don geyindirməyə çalışır. “Lakin Aİ-nin bu ölkədəki münaqişənin sona çatmasını istəməsi ilə bağlı güclü şübhələr var”, - diplomat əlavə edib.

Xatırladaq ki, Aİ missiyası 20 fevral 2023-cü il tarixindən Ermənistanda yerləşib və əvvəl 100 nəfərdən ibarət idi. Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi möhkəmləndirmək, yerlərdə etimad mühiti yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün səylər üçün əlverişli şərait yaratmaqdır.

2023-cü ilin dekabrında Aİ Ermənistanın Azərbaycanla sərhədində vəziyyətin monitorinqi üçün nəzərdə tutulmuş missiyanın 209 nəfərə qədər genişləndirildiyini elan edib.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur