Kolumbiya Prezidenti Qustavo Petro üsyançı Milli Azadlıq Ordusu ilə Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri arasında baş verən toqquşmalara görə ölkədə fövqəladə vəziyyət elan edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə dövlət başçısı “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Petro qeyd edib ki, daxili təlatümlər və iqtisadiyyatda fövqəladə vəziyyətlə əlaqədar xüsusi rejim tətbiq olunur.
Prezident Kolumbiyanın məhkəmə sisteminin onun qərarını dəstəkləyəcəyinə ümid etdiyini bildirib.