Müğənni və televiziya ulduzu Seren Serengil, "Zövqünə uyğun adamları tap və onlarla ünsiyyətdə ol. Mən sənə 100 bədən böyük gələrəm, övladım" deyən Bülənt Ərsoya cavab verib.
Publika.az xəbər verir ki, onlar arasında qalmaqal "Dünya gözəlləri tətildə" verilişində iştirak edən vizajistə görə yaranıb.
Vizajist Tolqahan Karataşı verilişdən kənarlaşdıran Bülənt Ərsoy bir müddət sonra özü də layihəni tərk edib. Tolqanı həmcinsi ilə münasibətdə ittiham edən Ərsoya Seren Serengildən cavab gecikməyib:
"Hörmətli Bülənt xanım, əsəbiləşəndə üslubunuzu bildiyim üçün təəccüblənmədim. Təbii ki, musiqi sahəsində nüfuzunuz var və heç birimizlə müqayisə oluna bilməyəcək sənətkarsınız. Bu ölkədə hamı həmişə sizdən örnək götürməyə, sizə oxşamağa çalışıb. Homoseksuallıqda ittiham etdiyiniz adamın 25 yaşı var və siz də bu yaşda süddən çıxmış ağ qaşıq deyildiniz. Heç kimi belə aşağılamaq və əzmək olmaz. Bu cəmiyyətdə utanılacaq heç nə yaşamadan həyatına davam edən iki-üç insandan biri mənəm. Ömrünüz boyu etdiyiniz bir çox səhvlər sizə deyildikdə nə qədər əsəbiləşdiyinizi çox yaxşı bilən biri olaraq, bu gənci rüsvay etməkdənsə, dəstək olmağınızı gözləyərdim".
Cəmilə