“Əl-İttifaq”ın baş məşqçisi Stiven Cerrard işlinə davam edəcək.
Qütb.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, tərəflər müqavilənin daha iki il – 2027-ci ilə qədər uzadılması barədə razılığa gəliblər.
43 yaşlı mütəxəssis 2023-cü ilin iyulunda “Əl-İttifaq”a rəhbərlik edir. Komanda Səudiyyə Ərəbistanı çempionatında 8-ci yerdədir.
Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Cerrard daha əvvəl “Reyncers” və “Aston Villa”ya rəhbərlik edib.