Bundestaq deputatı Mattias Moosdorf Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalardan 500 milyon avro itirdiyini bildirib.
Publika.az xəbər verir ki, deputat bu barədə "İzvestiya" ya müsahibəsində deyib.
Onun sözlərinə görə, sanksiyalar yalnız Qərbə aiddir, Rusiyanın özündə isə bu məhdudiyyətlər “mühasirəyə alınmış qala” zehniyyətini gücləndirir.
"Hazırda Avropa İttifaqı üçün sanksiyaların xərcləri artıq 500 milyon avronu keçə bilər", - Moosdorf qeyd edib.
Xatırladaq ki, Almaniyanın maliyyə naziri Kristian Lindner bir müddət əvvəl bildirmişdi ki, Almaniya Aİ-nin Kiyevə verdiyi bütün yardımların təxminən 50%-ni ödəyir.
Tural