Türkiyədə iyunun 2- nə keçən gecə İstanbul sahillərində estakada ilə toqquşan qayıq batıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.
Hadisə İstanbulun Asiya sahilində yerləşən Kadıköy yaşayış massivində baş verib.
Sahil mühafizəsi kiçik gəminin Haydarpaşa estakadası ilə toqquşduğunu və "sürətlə batmağa" başladığını və göyərtəsində olanların kömək istədiklərini söyləyib.
“Bizim qayıq xilasedicilərimiz on sərnişini təxliyyə edib”, - deyə onlar hadisə nəticəsində heç kimin xəsarət almadığını bildiriblər.
Hüseyn İbadlı