“Atletiko” “Real”la oyunda (1:1) “kral klubu”nun qapıçısı Tibo Kurtuaya tribunadan müxtəlif əşyalar atan azarkeşlərinin davranışına görə mümkün cəzanı yüngülləşdirmək istəyir.
QÜTB.AZ xəbər verir ki, bu barədə “El Chiringuito” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, “hindular” İspaniya Kral Futbol Federasiyasının nizam-intizam komitəsinə verdikləri izahatda Kurtuanın meydan sahiblərinin azarkeşlərini təxribata çəkdiyini göstərib. Belçikalı qolkiperin təxribatçı davranışı ilə bağlı anlar videoya çəkilib.
Daha əvvəl məlumat yayılmışdı ki, “Real” La Liqanın Zorakılığa Qarşı Mübarizə Komitəsinə təqdim etdiyi matç hesabatının “Atletiko” azarkeşləri tərəfindən törədilən bütün pozuntuları əks etdirmədiyinə inanır.