ABŞ-nin NATO-dakı keçmiş daimi nümayəndəsi Nikki Heyli prezidentlik yarışından geri çəkilib.
Publika.az xəbər verir ki, o, bunu Cənubi Karolina ştatının Çarlston şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bəyan edib.
Heyli tərəfdarlarını Trampı dəstəkləməyə çağırmayıb.
Qeyd edək ki, Respublikaçıların prezidentliyə namizədliyi uğrunda mübarizədə Donald Trampın son rəqibi olan Heyli Super Çərşənbə axşamı günü 15 ştatdan yalnız birində - Vermontda qalib gələ bilib.
Nikki Heyli ötən ay ona qarşı artan təhdidlər səbəbilə dövlətin yüksək vəzifəli şəxslərinin təhlükəsizliyinə cavabdeh olan ABŞ Məxfi Xidmətinə müraciət etmişdi. “Bir çox təhdidlər var. Amma bu, məni etməli olduğum işi dayandırmağa vadar etməyəcək”, - deyə o bildirmişdi.