Rusiyada güclü zəlzələ baş verib.
Publika.az xəbər verir ki, yeraltı təkanlar Buryatiya vilayətinin Kurumkanski rayonunda qeydə alınıb.
Zəlzələ Kurumkanski, Barquzinski, Şimali-Baykal vilayətlərində, həmçinin Ulan-Udedə hiss olunub.
Hadisə nəticəsində tələfat və dağıntıların olması barədə məlumat verilməyib.