Gürcüstan dövləti ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına (QHT) maliyyə yardımı göstərəcək. Ölkədə QHT-lər dövlət büdcəsindən xarici donorlardan aldıqları maliyyədən 1-2 dəfə çox maliyyə alacaqlar.
QÜTB.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti “xarici agentlər” reyestrində qeydiyyatdan keçmiş QHT-lər üçün qrant proqramı yaradacaq.
“Öz işini layiqincə yerinə yetirən və gürcü xalqının mənafeyinə xidmət edən qeyri-hökumət təşkilatları dövlət büdcəsindən xarici donorlardan aldıqları maliyyədən bir-iki dəfə çox vəsait alacaqlar”, - deyə Baş nazir bildirib.
Kobaxidzə vurğulayıb ki, bununla bağlı qanun layihəsi hazırlanır və qanun 2025-ci ilin yanvarından qüvvəyə minəcək.