İsrail "Avroviziya"da Eden Qolanın ifa etdiyi "Oktyabr Yağışı" mahnısı ilə iştirak etmək istəyir.
Publika.az xəbər verir ki, mahnının oktyabrın 7-də HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının hücumunda həlak olan İsrail əsgərlərinə aid olduğu bildirilir.
Müsabiqədə siyasi mesajlar ehtiva edən mahnılarla iştirak etmək istəyən ölkələrə qadağa qoyulduğu məlumdur. Lakin Avropa Yayım Birliyinin (EBU) İsrailin müsabiqəyə qatılmağı planlaşdırdığı mahnını araşdıracağı və qərar verəcəyi qeyd edilir.
EBU mahnını qəbul etməsə, İsrailin yeni mahnı ilə iştirak etmək hüququ var.
Roza