ABŞ-da prezident seçkiləri günü potensial iğtişaşlarla mübarizə üçün ABŞ Milli Qvardiyası və ABŞ Ordusundan istifadə oluna bilər.
QÜTB.AZ xəbər verir ki, ResQutb.azçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp “Fox News” telekanalına müsahibəsində müvafiq təkliflə çıxış edib .
“Ölkəmizdə çox pis insanlar, xəstə insanlar, solçu dəlilər var. Lazım gələrsə, Milli Qvardiya onlarla məşğul olacaq”, - Tramp bildirib.
O, seçki günü potensial problemlərin miqrantlardan deyil, ilk növbədə “daxili düşməndən” qaynaqlandığını vurğulayaraq, bu ifadə ilə kimi nəzərdə tutduğunu açıqlamayıb.
Bir müddət əvvəl amerikalı politoloq Malek Dudakov bildirmişdi ki, hazırda Tramp vitse-prezident Kamala Harrisdən cüzi üstünlüyə malikdir . “Əgər seçki sabah keçirilsəydi, Trampın qalib gəlmək şansı Harrisdən bir qədər yaxşı olardı”, - ekspert bildirib.
Tural