28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Putin əmr verdi, ordu hərəkətə keçdi: torpaqlar geri alındı

13 sen 2024 11:00
DÜNYA
ads

Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində 10 yaşayış məntəqəsinin Ukraynadan geri alındığını açıqlayıb.

QÜTB.AZ xəbər verir ki, Ukrayna ordusunun avqustun 6-da sərhədi keçərək Rusiyanın Kursk bölgəsinə qəfil hücumlara başlamasından sonra şiddətli qarşıdurmalar davam edir.

“Son 2 gündə həyata keçirilən hücumlar zamanı Apanasovka, Byaxovo, Vişnyovka, Viktorovka, Vnezapnoye, Gordeyevka, Krasnooktybrskoye, Obuxovo, Snaqost və 10-cu Oktyabr da daxil olmaqla 10 yaşayış məntəqəsi azad edilib. Son 24 saat ərzində düşmənin Fanaseyevka və Snaqost istiqamətində iki bölməsi zərərsizləşdirilib”, - Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir.

Qeyd edilib ki, Ukrayna ordusu 300-dən çox əsgər və 24 zirehli texnika itirib.

Ukrayna prezidenti Vladimir Zelenski də açıqlamasında Rusiyanın əks-hücum hərəkətlərinə başladığını təsdiqləyib.

Roza Şəfiyeva

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur