"Vaşinqton başqa ölkələrə pulsuz yardım etməməlidir".
Publika.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Truth Social” səhifəsində yazıb.
Onun fikrincə, digər ölkələrə yardım kredit şəklində, hətta sərfəli şərtlərlə - faizsiz və qeyri-məhdud müddətə verilməlidir. Trampın sözlərinə görə, ABŞ istənilən vaxt kreditin qaytarılmasını tələb edə bilməlidir.
Trampın bəyanatı Konqresin Vaşinqtonun tərəfdaşları - Ukrayna və İsrail üçün böyük yardım paketini nəzərdən keçirərkən verilib. Xüsusilə, Kiyevə 60 milyard dollara yaxın vəsaitin ayrılması planlaşdırılır.
Hüseyn İbadlı