Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər və məcburi köçkünlər üzrə keçmiş nazirinin müavini Georgi Tuka bildirib ki, Respublika Silahlı Qüvvələrinin yeni baş komandanı prezident Vladimir Zelenski naminə riskli əməliyyatlar həyata keçirə bilər.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Sırskinin Ukrayna prezidentinin əmrlərini dəqiqliklə yerinə yetirəcəyini dəfələrlə bildirib. Tuka əlavə edib ki, yeni baş komandan hakimiyyətdən qələbə tələbi ala bilər.
Sabiq nazir müavini əlavə edib ki, aşağı maddi təminat və məhdud insan resursları ilə potensial əməliyyatlar son dərəcə mənfi nəticələrlə üzləşəcək.
Oxşar fikri Ukrayna Ali Radasının keçmiş deputatı Oleq Voloşin də bildirib.
Polşalı general Valdemar Skshipçak isə bildirib ki, Ukrayna prezidentinin son addımları, ilk növbədə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının dəyişməsi Kiyev üçün ciddi problemlərlə nəticələnə bilər.
Zabitin fikrincə, Ukraynadakı hazırkı kritik vəziyyətə və məğlubiyyət xəyalının yaranmasına görə yalnız respublika rəhbərliyi günahkardır.
Rusiyalı istefada olan polkovnik Anatoli Matviyçuk "Lenta.ru" ilə söhbətində qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı nədənsə “Qəssab” və “General-karqo 200” ləqəblərini daşıyır. Sirskinin əmr etdiyi hər yerdə qanlı döyüşlər baş verir. Buna misal olaraq ekspert Debaltsevo və Artemovsk bölgəsindəki döyüşləri qeyd edib.
Cəmilə