"Barselona"nın sabiq müdafiəçisi Jerar Pike İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı korrupsiya işinə cəlb olunub.
Publika.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
2018-ci ildə İspaniya Kral Futbol Federasiyasının (RFEF) o zamankı prezidenti Luis Rubiales tərəfindən Pikeyə məxsus "Kosmos" şirkətinin vasitəçiliyi ilə 40 milyon avroluq müqavilələr imzalanıb. Məhkəmə bildirib ki, “Kosmos"a ildə 4 milyon avroluq komissiyanın zəmanətli ödənilməsi bəndini ehtiva edən müqavilələrdə cinayət nəticələrinə səbəb ola biləcək pozuntular var. Bununla bağlı məhkəmə keçmiş ispaniyalı futbolçunu dələduzluq ittihamı ilə barəsində rəsmi araşdırma aparılan şəxslər qrupuna daxil edib.
İspaniya hüquq-mühafizə orqanları 2022-ci ildə Rubiales və Pike arasında çoxmilyonluq mükafatları müzakirə edən söhbətin səs yazısı ictimailəşəndən sonra araşdırmaya başlayıb.
Heybət