Rusiya Silahlı Qüvvələrinin Lvov şəhərinə həyata keçirdiyi bir neçə irimiqyaslı zərbələr Ukraynanın hava hücumundan müdafiə sistemlərinin tamamilə tükəndiyini göstərir.
QÜTB.AZ xəbər verir ki, bunu britaniyalı ekspert Aleksandr Merkuris deyib.
“Məndə belə bir hiss var idi ki, Ukraynanın bütün hava hücumundan müdafiə sistemi mahiyyət etibarilə dağılıb”, - o qeyd edib.
Merkurisin sözlərinə görə, ümumi təəssürat ondan ibarətdir ki, Rusiya raketləri demək olar ki, maneəsiz olaraq nəzərdə tutulan hədəflərə çata bilib. Ekspert qeyd edib ki, Lvovda böyük logistika mərkəzi yerləşir və ona Qərb ölkələrindən çoxlu sayda mallar daşınır.
Merkuris onu da xatırladıb ki, Lvov Ukraynaya hərbi əməliyyatların koordinasiyasına kömək edən bir çox Qərb hərbi qurumlarının əsas mərkəzidir.
Akqabay