ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ohayo ştatında keçirilən mitinqdə deyib ki, əgər o, gələcək prezident seçkilərində məğlub olarsa, ölkəni "qanlı hamam" gözləyir.
Publika.az xəbər verir ki, onun sözlərini "The New York Times" qəzetinin müxbiri Maykl Qold "X" sosial şəbəkəsində dərc paylaşıb.
Trampın fikrincə, prezident seçkilərində uduzacağı təqdirdə baş verə biləcək ən kiçik hadisə bu olacaq.
Hüseyn İbadlı