ABŞ-də ResQutb.azçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi, vitse-prezident Kamala Harrislə debatların yeni mərhələsini keçirməkdən imtina etdiyini bildirib.
QÜTB.AZ xəbər verir ki, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Sorğular açıq şəkildə göstərir ki, mən çərşənbə axşamı gecə sol təmayüllü Demokratik namizəd Kamala Harrisə qarşı debatda qalib gəldim və o, dərhal ikinci debat tələb etdi. O, "Fox" telekanalında debatlara gəlmədi, eləcə də "NBC" və "CBS"də çıxış etməkdən imtina etdi. Kamala son dörd ildə nə etməli olduğuna diqqətini yönəltməlidir. Üçüncü debat olmayacaq", - deyə D.Tramp qeyd edib.