Xəbər verdiyimiz kimi, İctimai televiziyada yayımlanan "Maska" verilişinin dünənki buraxılışında proqramı influenser Aynişan Quliyeva tərk edib.
Publika.az xəbər verir ki, verilişdə "Xarıbülbül" obrazını canlandıran məşhur proqramla bağlı fikirlərini instaqramda bölüşüb. Sosial mediada bir milyondan çox izləyicisi olan Aynişan səhnə arxasında yaşananlardan söz açıb.
"O qədər maraqlı dönəm idi ki… Çox adam elə bilir maskalar bir birini tanıyır amma bizə heç bir-birimizin performansını izləməyə icazə vermirdilər. Maska altında kimin olduğunu layihədə cəmi bir neçə insan bilir. Onlar da məxfiliyi qorumaq üçün kontrakta imza atıb, hamımız kimi", - Aynişan qeyd edib.