“Barselona” “Leipsiq”in yarımmüdafiəçisi Daniel Olmonu transfer etməkdə maraqlıdır.
Publika.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, kataloniyalılar 26 yaşlı futbolçunun nümayəndələrinə 6 il müddətinə yazılı müqavilə təklifi göndəriblər. Futbolçu, agentləri və ailəsi bu gündən etibarən bu təklifi dəyərləndirməyə başlayacaqlar.
Maaş məsələsinə gəlincə, La Liqanın müəyyən etdiyi maliyyə feyr-pley qaydalarını pozmamaq üçün ilk iki ildə daha az olacaq və üçüncü ildən artmağa başlayacaq.
İspan futbolçunun müqaviləsində 60 milyon avro təzminat bəndi nəzərdə tutulub. Bu bənd iyulun 20-də, bu gün başa çatır. Lakin Olmo və onun nümayəndələri Almaniya klubuna bu variantı daha bir neçə həftə uzatmağa razı salıblar.
Mənbənin məlumatına görə, Olmonun “Mançester Siti” və “Bavariya”dan da təklifləri var. Bundan başqa, yarımmüdafiəçi ilə “Liverpul”, “Mançester Yunayted” və “Atletiko Madrid” də maraqlanır.