Meyxanaçı Balaəli və Orxan Lökbatanlı həbsdə olan həmkarları Rəşad Dağlının övladları ilə bir araya gəliblər.
Publika.az xəbər verir ki, məclislərin birində iştirak edən onlar həmkarlarının övladları Yusif və Bətülü səhnəyə çıxararaq onlar üçün qafiyə açıblar.
Sözügedən görüntüləri meyxanaçının oğlu Yusif social şəbəkə hesabında paylaşıb.
Xatırladaq ki, Rəşad Dağlının qızı Bətül bir müddət əvvəl xəstəxanaya yerləşdirilib. O, qolunda olan problemə görə təcili olaraq əməliyyat keçirib.(yenisabah.az)