29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Qərb şəbəkəsinin “pul kisəsi”: Tbilisi Bakıya qarşı təxribat planında iştirak edir?

15 mar 2024 14:00
GÜNDƏM
ads
Advertisement

“Toplum Tv” işində ortaya çıxan fakt Qərbin Azərbaycandakı şəbəkəsinə maliyyəni hansı yollarla çatdırdığını yenidən aktuallaşdırdı: istintaqın ilkin nəticələrinə görə, bu layihə üzərindən ölkəyə yarım milyondan artıq vəsait daxil edilib və qeyri-qanuni şəkildə müxtəlif layihələrə və fəaliyyətlərə xərclənib. Və bu “layihələrin” nədən ibarət olduğu, pulların hansı məqsədə xərcləndiyi də sirr deyil.

- Qərb şəbəkəsinin saxlanılması, yeni üzvlərin cəlb edilməsi ilə genişləndirilməsi;
- Azərbaycanda “rəngli inqilab” üçün zəminin hazırlanması və lazım olanda “yemlədikləri” şəbəkəni fəaliyyətə keçirmək;


Bu yeni məsələ deyil, hələ 90-cı illərdən Qərbdən Azərbaycana bu cür planlar daim ixrac olunub, hərçənd, 2010-cu illərdən sonra müəyyən “problemlər” ortaya çıxmağa başladı. Azərbaycanda xarici qrant layihələri ilə bağlı qanunun sərtləşdirilməsi nəzarətsiz maliyyə axınının önünü kəsdi. Bu, ölkədəki Qərb şəbəkəsinin “susuz” qalması kimi bir şey idi və şəbəkənin kiçilməsinə, tədricən zəifləməsinə şərait yaratdı. Məhz həmin dövrdən sonra maliyyə axınının təmin edilməsi üçün qeyri-qanuni yollardan istifadəyə başladılar. “Toplum Tv” kimi layihələr də bu fəaliyyətdə “paylayıcı” funksiya üçün istifadə edilməkdədir.

Birincisi, jurnalistika fəaliyyətindən diqqəti siyasi məqsədlərdən yayındırmaq üçün istifadə edirlər;
İkincisi, bu şəbəkəyə qarşı addım atıldıqda “azad mediaya təzyiq” taktikasını işə salır, diqqəti həm törətdikləri qanunsuzluqlardan yayındırmağa, həm də hakimiyyət orqanlarına bu yolla təzyiq etməyə çalışırlar: “Toplum Tv” məsələsinin “söz azadlığı pozulur”, “azad jurnalistlərə təzyiq” və s. kimi təqdim edilməsi, bu istiqamətdə kampaniyanın aparılmasında da məqsəd budur;

Maliyyə axınının təmin edilməsində media layihələrinin seçilməsi buna hesablanıb. “Abzas media” da bu funksiyanı icra edirdi, “Toplum Tv” də.

Əsas məqamlardan biri yarım milyon dollardan çox pulun Azərbaycana hansı yollarla gətirilməsidir. Burada üçüncü ölkələr platforma kimi seçilir və təcrübəyə görə, MDB məkanında ölkələrin yerləşdiyi coğrafiyaya uyğun olaraq platforma rolunu oynayan ölkələr də dəyişir. Misal üçün, “Maydan”dan öncə Ukrayna üçün platforma rolunu Polşa oynayırdı, Belarus üçün platforma olanlar isə Polşa, Ukrayna və Baltikyanı ölkələr idi. Azərbaycan üçün platforma Gürcüstan olaraq seçilib.

Və Tbilisidən Bakıya qanunsuz maliyyə axınının təmin edilməsi yeni deyil. Hələ 2010-cu illərdə Bakıda “Facebook inqilabı” planına sərf olunan 2 milyon dollardan çox vəsaitin bir qismi Gürcüstan vasitəsilə təmin edilirdi. Daha sonra Tbilisi-Bakı marşrutunun qanunsuz maliyyə axınında rolu daha da genişləndi. Bununla bağlı konkret faktlar var:

- “Meydan Tv”-nin Bakıdakı əməkdaşlarına “əmək haqqı” Azərbaycanda yox, Gürcüstanda verilirdi: əməkdaşlar hər ay “turist” kimi Tbilisiyə səfər edir, orada pulu alır və geri qayıdırdılar;
- AXCP-yə ötürülən pullarda da bu marşrut əsas mənbə rolunu oynayırdı: partiya sədrinin müavinləri Gürcüstana mütəmadi səfərlər edərək, pulları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirirdi. Misal üçün, Əli Kərimlinin mərhum müavini Gözəl Bayramlı 2012 min dollarla sərhədi keçərkən saxlanılmışdı; həmin vaxt məlum oldu ki, G.Bayramlı 2015-ci ildən etibarən, ayda iki dəfə Tbilisiyə gedir və pulları kiçik məbləğlər şəkilində Azərbaycana keçirirmiş;
- Əvvəllər Xədicə İsmayılın “mühafizəçisi” olmuş, daha sonra jurnalist kimi fəaliyyət göstərən Əfqan Muxtarlının Gürcüstandakı missiyası da Qərbdən gələn pulların paylanılmasında koordinator rolunu oynamaq idi;

Bu faktların ifşasından sonra Bakı-Tbilisi marşrutundakı qaçaqmalçılığın qarşısı böyük ölçüdə alındı, lakin “Toplum Tv” işində ortaya çıxan faktlar tam aradan qalxmadığını təsdiq edir. “Toplum Tv” üzərindən Azərbaycanda müxtəlif məqsədlər üçün xərclənən yarım milyondan çox dollar da məhz Gürcüstandan vasitəsilə əldə edilib. Amma Qərb şəbəkəsi əvvəlkə “təcrübəyə” əsslanaraq, bu dəfə daha gizli yollarla maliyyənin əldə edilməsini həyata keçirib.

“Hawala sistemi”: vaxtilə İŞİD kimi terror şəbəkələrinin maliyyələşməsində istifadə edilən bu sistem Azərbaycandan təxribat planlarının maliyyələşdirilməsində də istifadə edilir.

Bu sistem vasitəsilə pul köçürmələrində heç bir fiziki iştirak tələb olunmur, anonimlik qorunur, rəsmi qeydlər saxlanılmır və pulun mənbəyini izləmək mümkün deyil. Adətən “yeraltı bakçılıq” olaraq tanınan bu sistem qanunsuz maliyyə köçürmələrində unikal vasitədir. Qərbin Azərbaycandakı təxribat şəbəkələrinə pulların bu sistem üzərindən köçürülməsində də məqsəd “izin itirilməsidir”. Gürcüstan banklarında hesablar açılır, bu hesablarla bağlı anonim kartlar hazırlanır və “etibarlı tərəfdaşlara” verilir. Bu sistemdən Azərbaycanda izlənmə riskinə grə istifadə etmirlər, əvəzində Gürcüstan bankları üzərindən həyata keçirirlər.

Burada əsas məsələ Gürcüstanın Azərbaycandakı təxribat planlarına pul axınının təmin edilməsinə niyə göz yummasıdır. Şübhəsiz ki, Gürcüstan xüsusi xidmət orqanları bank sektorundakı qanunsuz maliyyə axınından məlumatlıdır, lakin heç bir tədbirin görülməməsi, səssiz qalmaları bu ölkənin prosesdə iştirakına, yaxud hansısa formada dəstək verməsinə şübhələr yaradır. Görünür, Avropaya inteqrasiya xəttini tutan və müəyyən vədlər alan rəsmi Tbilisi Azərbaycana qarşı təxribat planlarını səssizliyi ilə dəstəkləməklə Qərbin “gözünə girməyə” çalışır. Halbuki, bu proses Gürcüstan üçün ciddi təhlükə vəd edir.

Birincisi, təcrübə Qərbin grcüstana verdiyi vədlərin real olmadığını deməyə əsas verir, 2008-ci ildə yaşananlar bunun əyani nümunəsidir: analoji halın yenə yaşanacağı, Qərbin son anda Gürcüstana dəstəkdən imtina edəcəyi gözləntisi böyükdür.

İkincisi, Azərbayca bu bölgədə Gürcüstan üçün əhəmiyyətli tərəfdaşdır, istər enerji təminatında, istər iqtisadi əlaqələrdə, istərsə təhlükəsizlik sektorunda: Bakının dəstəyindən məhrum olmaq Tbilisini çətin vəziyyətə sala bilər, bu baxımdan, Azərbaycan Gürcüstan üçün Qərbin bir çox ölkəsindən daha çox əhəmiyyətlidir;

Lakin Gürcüstanın Azərbaycana qarşı təxribatlara platforma olması Bakı-Tbilisi xəttində problemlər yarada bilər və ilk növbədə bu, Tbilisi üçün arzulunmaz perspektiv vəd edir. Belə bir perspektdə vədlər verən Qərbin də dəstəyinin olmayacağını nəzərə alanda, Gürcüstanın özünü risk altına atdığı aydın görünür. Bunu Tbilisidə yaxşı düşünməlidirlər: onlar coğrafi reallıqları, etibarlı tərəfdaşlığı nəzərə almalı, Azərbaycana qarşı təxribatlara meydan verməməlidir.

Publika.az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur