29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Quterreş Dağıstanda törədilən terror aktını pislədi

24 iyn 2024 17:00
DÜNYA
ads

BMT-nin baş katibi Antonio Quterreş Dağıstanda baş verən terror aktı ilə əlaqədar Rusiya xalqına başsağlığı verib.


QÜTB.AZ xəbər verir ki, bu barədə BMT-nin rəsmi internet saytında dərc edilən bəyanatda deyilir.


“BMT-nin Baş katibi Dağıstanda yəhudi və xristianların dini obyektlərinə və təhlükəsizlik qüvvələrinə qarşı törədilən terror aktlarını ən kəskin şəkildə pisləyir”, - bəyanatda qeyd edilib.


Qeyd edək ki, Dərbənd və Mahaçqalada silahlı şəxslər pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Son məlumatlara görə, 17 polis əməkdaşı, həmçinin 4 mülki şəxs, o cümlədən Rus Pravoslav Kilsəsinin keşişi terror aktlarının qurbanı olub.


İkisi Dərbənddə, üçü isə Mahaçqalada olmaqla beş terrorçu zərərsizləşdirilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur