Bəzi xarici və daxili qüvvələr Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəmirlər.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Təəssüf ki, bu vaxta kimi Ermənistan və Azərbaycan müxtəlif diplomatik dillərdə danışıb. Həm Ermənistanda, həm Azərbaycanda, həm də bizim ölkələrimizdən kənarda sülhdə maraqlı olmayan qüvvələr var və olacaq”, - deyən Paşinyan əlavə edib ki, hər iki ölkədən ən yüksək səviyyədə verilən bəyanatlar tərəflərin sülh müqaviləsini imzalamağı nə qədər səmimiyyətlə arzuladığını göstərir.