“Hizbullah” şiə silahlı qruplaşması Livan ərazisindən əməliyyat keçirərək, İsrailin şimalında hərbi maşına raketlə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə təşkilatın "Telegram" kanalında məlumat yayıb.
Qeyd olunub ki, milislər Yuxarı Qalileydəki Metula qəsəbəsinin girişində yerləşən zirehli maşına idarə olunan tank əleyhinə raketlə zərbələr endiriblər. Birbaşa zərbə nəticəsində zirehli transportyor sıradan çıxıb, ekipaj itki verib.
Şiə qüvvələri də minaatanlarla Ramtha, Ruveisa və Es Samaka sərhəd postlarının ərazilərində mexanikləşdirilmiş patrullara hücum ediblər.
Hüseyn İbadlı