“Əl-Qaidə”nin Yəmən qolunun lideri Xalid Batarfinin vəfat etdiyi bildirilir. Qurumdan verilən qısa açıqlamada Batarfinin öldüyü təsdiqlənsə də, ölüm səbəbi ilə bağlı heç bir təfərrüat verilməyib.
Publika.az xəbər verir ki, 40 yaşlarında olan və "Əl-Qaidə" bayrağından hazırlanmış kəfənə bükülmüş şəkilləri paylaşılan Batarfinin ölüm səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.
O, Usamə bin Ladenin ölümündən sonra təşkilatın ən təhlükəli şəxsi hesab olunurdu. Bu səbəbdən ABŞ administrasiyası Batarfinin başına 5 milyon dollar mükafat qoymuşdu.
Qurumdan verilən açıqlamada Atif Evlakinin yeni rəhbər olduğu bildirilib. Əvvəllər ABŞ və müttəfiqlərinə hücuma çağıran Avlakinin də başına 6 milyon dollar mükafat qoyulub. Yəməndəki "Əl-Qaidə" 2009-cu ildə ABŞ-da sərnişin təyyarəsinə terrtor cəhdindən sonra Vaşinqton tərəfindən təşkilatın ən təhlükəli qolu elan edilib.
Aysel Şahmar