Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün CHP lideri Özgür Özəllə görüşəcək.
Publika.az xəbər verir ki, CHP Ümumi Qərargahında baş tutacaq görüş Türkiyə vaxtı ilə 16:00-da başlayacaq.
Görüşdə siyasətdə yumşalma, yeni vətəndaş konstitusiya işləri, TBMM gündəmi, pensiya və minimum maaş artımı, Gezi məhbusları, Can Atalay məsələsi, Konstitusiya Məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsinin qərarları, qəyyumlar, bəzi DEM Partiyası bələdiyyə başçılarının terror əlaqələri, yeni tədris proqramı kimi mühüm məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Bu, Ərdoğanın 18 ildən sonra CHP qərargahına ilk səfəri olacaq. Ərdoğan sonuncu dəfə 2006-cı ildə CHP-nin yeni qərargahına köçməsi münasibəti ilə partiyanın ozamankı sədri Dəniz Baykalı təbrik üçün ziyarət edib.
Roza