KTMT baş katibinin sülhməramlılıq məsələləri üzrə xüsusi nümayəndəsi funksiyaları KTMT baş katibinin müavini Taalatbek Masadikova həvalə edilib.
Publika.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı baş katibinin sülhməramlı məsələlər üzrə xüsusi nümayəndəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini Masadikov Taalatbek Şamudinoviç təyin edilsin”, - deyə KTMT-nin baş katibi İmanqali Tasmaqambetovun sərəncamında deyilir.