Suriyanın yeni hakimiyyət orqanları 2019-cu ildə Rusiya şirkəti ilə imzalanan Tartus dəniz limanının idarə edilməsinə dair investisiya müqaviləsini ləğv edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudi "Al Watan"a məlumat verib.
“Rusiya şirkəti ilə Tartus limanına sərmayə qoyuluşu ilə bağlı imzalanmış müqavilə ləğv edilib. Limanın fəaliyyətindən əldə edilən bütün gəlirlər Suriya dövlətinin maraqları üçün istifadə olunacaq”, - Cudi deyib.
Qeyd olunub ki, liman işçiləri köhnəlmiş avadanlıqları modernləşdirəcəklər.
Fotoda Tartus limanı
Xatırladaq ki, 2019-cu ildə Suriya hökuməti Rusiyanın “Stroytransgaz” şirkəti ilə investisiya müqaviləsi bağlayıb. Müqavilə Rusiyaya limanı 49 il müddətinə işlətməyə icazə verib, lakin onun modernləşdirilməsi 500 milyon dollardan çox başa gələcəkdi.
Hüseyn İbadlı