Beynəlxalq astronomlar qrupu Süd Yolunda məlum olan ən ağır neytron ulduzlarından daha ağır və eyni zamanda bütün məlum qara dəliklərdən daha yüngül olan sirli obyekt aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə “Science” jurnalında dərc olunan məqalədə deyilir.
"MeerKAT" radioteleskopunun köməyi ilə aparılan müşahidələr zamanı "NGC 1851" qlobular klasterində Yerdən təxminən 40 min işıq ili məsafəsində yerləşən sürətlə fırlanan millisaniyə pulsarının orbitində obyekt aşkar edilib.
Modelləşdirmə qeyri-adi sistemin yaranması üçün ən çox ehtimal olunan ssenarini yenidən qurmağa imkan verib. Əvvəlcə onun yerində ikili pulsar-ağ cırtdan sistemi mövcud idi, lakin sonra onun yerini tutan naməlum təbiətli üçüncü cismin gəlməsi ilə ağ cırtdan orbitdən çıxarılıb. Bu cisim ya son dərəcə yüngül bir qara dəlik, ya da superkütləvi neytron ulduzu ola bilər.
Astronomların fikrincə, obyektin sonrakı tədqiqi və onun növlərinin dəqiqləşdirilməsi neytron ulduzlarının və ya qara dəliklərin təkamülünü başa düşməkdə dönüş nöqtəsi ola bilər.
Hüseyn İbadlı