Türkiyə millisinin müdafiəçisi Merih Demiral Fransa millisinin sabiq futbolçusu Lilian Thuramın nailiyyətini təkrarlayıb.
Publika.az xəbər verir ki, Demiral beynəlxalq turnirlərin pley-off matçlarında dubl edən ikinci müdafiəçi oldu. Bu barədə “OptaJean” məlumat yayıb.
Türkiyəli futbolçu Avstriya ilə matçın 57-ci saniyəsində komandasını hesabda irəli çıxarıb. 59-cu dəqiqədə isə dubla imza atıb.
Qeyd edək ki, “ay-ulduzlar” 1/4 finalda Niderland millisi ilə qarşılaşacaq.