ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk Türkiyəyə yeni F-16-ların satışında irəliyə doğru böyük bir addım atıldığını açıqlayıb.
Publika.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Birləşmiş Ştatlarla Türkiyə arasında yeni nəsil “F-16 Block 70” döyüş təyyarələrinin alınması və mövcud donanmanın modernləşdirilməsi istiqamətində addımların atıldığını açıqlayıb. Bildirilib ki, bu, ABŞ-ın Türkiyə ilə təhlükəsizlik tərəfdaşlığına sarsılmaz sadiqliyinin nümunələrindən yalnız biridir.
Fleyk həmçinin, Türkiyə Cümhuriyyətinin Müdafiə və Xarici İşlər nazirliklərinə təşəkkür edib: “F-16 donanması ABŞ və Türkiyənin milli təhlükəsizliyi, o cümlədən NATO-nun qarşılıqlı fəaliyyəti üçün yaxşı addımdır. Göstərdikləri əməyə görə Türkiyə Cümhuriyyəti Müdafiə və Xarici İşlər nazirliklərinə təşəkkür edirik”.
Roza Şəfiyeva