ABŞ İsrailin xarici işlər naziri İsrael Katsa NATO-nun qarşıdan gələn sammitində iştirak etmək üçün dəvət göndərib.
Publika.az xəbər verir ki, bu məlumat İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
“İsrailin xarici işlər naziri Katz dövlət katibi Antoni Blinkendən NATO sammitində iştirak etmək üçün dəvət alıb”, - məlumatda deyilir.
Qeyd edək ki, alyansın növbəti sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək. Görüş NATO-nun yaradılmasının 75-ci ildönümünə təsadüf edəcək.
Adəm Abbaslı