29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Su təchizatı ilə bağlı YENİ QAYDALAR təsdiqləndi

28 iyn 2024 15:00
GÜNDƏM
ads
Advertisement

Su şəbəkəsinə qoşulma sahəsində aparılmış ən son islahatlar nəticəsində şəbəkəyə qoşulmanın 3 prosedur üzrə ümumilikdə 30 gün müddətində həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu və təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2024-cü il tarixli 305 nömrəli Qərarı ilə “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası” təsdiq edilib.

"Azərsu"dan Publika.az-a verilən məlumata görə, yeni qaydalara əsasən, məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri sifarişçinin ödənişi əsasında su təchizatı müəssisələri tərəfindən həyata keçiriləcək. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı şəbəkəsinə qoşulması üçün də sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir. Lakin bu zaman layihənin hazırlanması və tikinti obyektlərindən su təchizatı sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podrat təşkilat və ya su təchizatı müəssisələri tərəfindən həyata keçirilir. Qaydalara əsasən, qoşulma layihələri hazırlanarkən, tikinti obyektinin yerləşdiyi ərazidə ən yaxın məsafədə tələbata, şəhərsalma və tikinti normalarına uyğun su təchizatı mənbəyi mövcud olmalıdır.

Məlumat üçün bildiririk ki, yeni qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 may 2024-cü il tarixli 52 nömrəli Fərmanının icrası məqsədilə hazırlanıb.

Bütövlükdə su şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərlik etdiyi “Su şəbəkəsinə qoşulma” işçi qrupu tərəfindən təşəbbüs olunub və işçi qrupu çərçivəsində müzakirələr aparılaraq müvafiq təkliflər təqdim olunub.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur