Almaniya kansleri Olaf Şolts martın 17-də İsrailə səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, bu, 7 oktyabr hadisələrindən sonra kanslerin İsrailə ikinci səfəridir.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib.