Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, bütün dünya silahlanıb və ölkəsi də bu baxımdan geri qalmayacaq.
Publika.az xəbər verir ki, Vuçiç hamı silahlanır, bizim bölgədə də belədir deyib:
“Bizim borcumuz geri qalmamaqdır. Sizə deyə biləcəyim tək şey geridə qalmamağımızdır. Çox yaxında görəcəksiniz. Mən bu barədə açıqlama verəcəm”.
Vuçiç həmçinin Rusiya ilə münasibətləri ilə bağlı da danışıb. Rusiya ilə Serbiya münasibətlərinin çox yaxşı səviyyədə olduğunu vurğulayan Vuçiç qeyd edib ki, başqalarını dinləmək əvəzinə öz siyasətinizi yürütməyimiz çoxlarını narahat edir:
“Rusiya Federasiyası və bir çox başqa məsələlərə gəldikdə, biz öz müstəqil siyasətimizi davam etdirəcəyik”.
Aysel