10.04.25 | Bakı 11.03° C |
07:54:50
Lent :

Deputatlar Rusiyaya gedir: Prezident seçkilərini müşahidə edəcəklər

14 mar 2024 05:00
GÜNDƏM
ads

Milli Məclisin bir qrup deputatı martın 17-də Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər. Deputatlar seçkiləri müşahidə etmək üçün martın 14-də Moskvaya yola düşəcəklər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Rüfət Quliyev ikitərəfli əsasda, deputatlar Sabir Hacıyev MDB PA, Anar Məmmədov isə MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri müşahidə edəcəklər.

Səfər çərçivəsində deputatlar seçkilərə hazırlıq prosesi ilə tanış olacaq və seçki günü prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər martın 19-da başa çatacaq.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur