Ukrayna Ali Radasının hakim “Xalqın qulluqçusu” partiyasından olan deputatı Aleksandr Kunitski ilə əlaqəli olan zavod müharibə başlayandan sonra Krıma texnika satıb.
Publika.az xəbər verir ki, bu barədə “Mirror of Week” yazıb.
Məlumata görə, söhbət elektromobillər üçün enerji doldurma stansiyaları istehsal edən və quraşdıran Xarkov müəssisəsindən gedir. Kunitski deputat olana qədər şirkətdə rəhbər vəzifələrdə çalışıb və seçildikdən sonra holdinqlə əlaqələrini dayandırmayıb.
Nəşr qeyd edir ki, 2021-ci ildə müəssisə Krımla ticarət qadağasından yan keçərək regionda yaşıl enerjini inkişaf etdirən iş adamı Ruslan Devleçayevlə müqavilə bağlayıb. Müqavilədə Krım adı çəkilməsə də, sonradan şirkətin malları respublikaya daxil olub. Sövdələşmənin həyata keçirilməsində Vladimir Zelenskinin partiyasından olan digər deputat, holdinqdə fəaliyyətini davam etdirən Alina Mustafayeva da iştirak edib.
Bundan əvvəl “London İnsider” Ukraynada silah oğurluğu qalmaqalında iştirak edənlərin Krıma titan tərkibli filizlərin tədarükündə iştirakı barədə məlumat yayıb.
Tural