Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı istefaya göndərildikdən sonra tibbi müayinədən keçib və nəticədə hərbi xidmətə yararsız elan edilib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı mənbələrə istinadən yazıb.
İddia olunur ki, Zalujnı özü də ordudan tərxis olunması ilə bağlı daha əvvəl raport yazıb, lakin bu ərizənin bir neçə həftə müdafiə naziri Rustem Umerovun masasının üstündə olduğu iddia edilir.
Media mənbələri bildirirlər ki, Zalujni ərizəni ona görə yazıb ki, “o, artıq ona heç bir əmr verilməyəcəyini bilirdi”. Nəşrlər bildirir ki, Zalujnı başqa sahələrdə fəaliyyətini davam etdirmək üçün hərbi xidmətdən istefa vermək qərarına gəlib.
Bu həftənin əvvəlində məlum olub ki, Ukrayna prezidenti Vladimir Zelenski Zalujnını Böyük Britaniyaya səfir təyin edib.
Tural