Keçən il Azərbaycanda 620 intihar hadisəsi qeydə alınıb.
Publika.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2022-ci ildə bu rəqəm 609 olub.
K.Əliyev qeyd edib ki, ötən il qeydə alınan intihar hallarının 180-i Bakı şəhərində, 440-ı isə rayonlarda baş verib.