“Bir neçə ay davam edəcəyi düşünülən müharibə üçüncü ilinə qədəm qoydu. ABŞ-ın Rusiyaya tətbiq etdiyi embarqo iflasa uğradı. Hər iki tərəf ağır itki verib. Ölkə xarabalığa çevrildi. ABŞ indi Ukraynadan çıxış planı həyata keçirir".
Publika.az xəbər verir ki, Rusiyanın Ukraynaya hücumlarından iki il keçdiyi bir vaxtda ABŞ-da nəşr olunan “New York Times” qəzetində Moskva administrasiyasına tətbiq edilən sanksiyalardan bəhs edən məqalə dərc olunub.
Məqalədə ABŞ-ın Rusiyanı təcrid etmək cəhdlərinin uğursuzluğa düçar olduğu vurğulanıb. Qeyd olunub ki, Moskva neft və qaz ehtiyatları sayəsində ölkədə maliyyə və siyasi sabitliyi təmin edib.
“Wall Street Journal”-da dərc olunan "ABŞ Ukraynanı tərk edəcəkmi?" sərlövhəli yazıda “ABŞ-ın Ukraynadan bezdiyi və hazırda qaçış planı hazırladığı” iddia edilib.
Roza