Siqaret çəkməyən insanlarda xərçəngin əlamətləri açıqlanıb.
Bu barədə “Metro” məlumat yayıb.
Böyük Britaniyadan olan həkim Debora Li vurğulayıb ki, həyatı boyu siqaret çəkməyən və ya 100-dən az siqaret çəkməyən insanlarda da ağciyər xərçəngi aşkar edilir. Onun sözlərinə görə, bu ümumi xəstələrin 14 faizini təşkil edir.
O əlavə edib ki, siqaret çəkməyənlərdə ağciyər xərçənginin simptomlarına qanlı öskürək, davamlı nəfəs darlığı, nəfəs alarkən və ya öskürərkən sinədə ağrı, yorğunluq və səbəbsiz kilo itkisi daxildir.(Report.az)