Kalininqradda ezamiyyətdə olarkən sərxoş halda əlbəyaxa dava salan və polis nəzarətinə düşən general-leytenant Oleq Zavqorodnıy Federal Gömrük Xidmətindən (FGX) istefa verib.
Publika.az xəbər verir ki, bu barədə RBC idarənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Zavqorodnı öz istəyi ilə istefa ərizəsini fevralın 6-da təqdim edib.
O, Federal Gömrük Xidmətinin Logistika Dəstəyi Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Fevralın 5-də generalın Kalininqrada ezamiyyətə gəldiyi bildirildi. O, həmkarı ilə birlikdə oteldə mübahisə edib, işçilər və mühafizəçilərlə dava salıb. Zavqorodnıy saxlanılaraq polis şöbəsinə aparılıb. Onun əlləri qandallı yerdə uzanaraq Rusiya Qvardiyasının əməkdaşını təpiklədiyi kadrlar internetdə yayımlanıb.
Tural