17.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

İstanbulda zəhərlənməyə səbəb olan spirtli içki müsadirə edildi

17 yan 2025 05:00
GÜNDƏM
ads

İstanbul polisi insanların zəhərlənməsinə səbəb olan 32,9 min litr metil və etil spirti müsadirə edib.

QÜTB.AZ xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Nəşr qeyd edibki, on nəfər saxta spirtli içki istehsal edib satmaqda şübhəli bilinərək saxlanılıb.

İstanbul valiliyinin mətbuat xidmətinin rəisi saxlanılan 15 şübhəli haqqında danışıb. Onlardan dördü məhkəmə qərarı ilə həbs edilib və onlar yerli Cinayət Məcəlləsinin müvafiqmaddəsi ilə ittiham oluna bilərlər.

Agentlik həmçinin İstanbulda ilin əvvəlindən 64 müəssisənin saxta spirtli içki satışı ilə bağlı lisenziyasından məhrum edildiyini vurğulayır.

Yanvarın 14-də İstanbulda bir gündə 11 nəfərin saxta spirtli içkidən kütləvi zəhərlənərək ğldüyü bildirilib.

“Anadolu”nun məlumatına görə, 26-sı xarici vətəndaş olmaqla ümumilikdə 38 nəfər saxta spirtli içki qəbul etdikdən sonra şəhərin müxtəlif xəstəxanalarına şikayətlə müraciət edib.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur